Accessibility links

Konqres İraqla bağlı kəşfiyyat məlumatlarını təhqiq edir - 2003-07-24


Birləşmiş Ştatlar Konqresinin Kəşfiyyat məsələləri üzrə komitəsi İraq müharibəsindən əvvəl əldə edilmiş kəşfiyyat məlumatı barədə ictimaiyyət üçün ilk açıq dinləmələrinə başlayıb. Komitə mart ayında İraqa qarşı hərbi əməliyyatlar başlamazdan Bush administrasiyasının İraqın şübhələnilən kütləvi qırğın silahları barədə kifayət qədər yüksək keyfiyyətli kəşfiyyat məlumatlarının olub-olmadığını müzakirə edəcək. Mərkəzi Kəşfiyyat Agentliyinin sabiq direktorları, habelə digər kəşfiyyat mütəxəssislərinin ifadə verəcəyi gözlənilir. Komitənin sədri, Florida ştatından respublikaçı senator Porter Qossun bildirdiyinə görə, İraqın Nigerdən uran almağa cəhd göstərdiyi ilə bağlı kəşfiyyat məlumatları dinləmələrin diqqət mərkəzində olacaq. Çərşənbə axşamı, Bush administrasiyasının yüksək səviyyəli rəsmisi artıq saxta olduğu bəlli olan məlumatların prezident Buşun illik hesabat məruzəsində yer almasına görə məs’uliyyəti öz üzərinə götürüb.

XS
SM
MD
LG