Accessibility links

ABŞ rəsmiləri Uday və Qusayin fotolarını açıqladılar - 2003-07-24


Səddam Hüseynin oğullarının foto-şəkilləri ilk dəfə olaraq bu gün Baqdadda müxbirlərə nümayiş etdirilmişdir. Uday və Qusay Birləşmiş Ştatların hərbi qüvvələrinin çərşənbə axşamı Mosulda həyata keçirdiyi əməliyyat zamanı qətlə yetirilmişdilər. Şəkildə Udayin başından yaralandığı görünür.

Bu həftənin sonu açıqlanacaq tibbi ekspertizanın nəticələri alınan yaralar haqda daha ətraflı mə’lumat əldə etməyə imkan yaradacaq. Hər ikisinin saçlarının və saqqalının uzun olması onların görünüşündə dəyişiklik yaratmışdır. Koalisiya qüvvələrinin müvəqqəti səlahiyyətli orqanı foto-şəkillərin iraqlıları Səddam Hüseynin oğulları Uday və Qusayin ölmüş olduqlarına inandırmaq məqsədilə açıqlandığını bildirir. Bağdadda çoxları onların ölüdüyünə inandığını bildirsə də, bə’zi iraqlılar təsvirlərin son nəticə çıxarmaq üçün kifayət qədər aydın olmadığını söyləmiş, ya da bunun Birləşmiş Ştatlar tərəfindən yalan olduğunu düşündüklərini demişlər.

XS
SM
MD
LG