Accessibility links

Səudiyyə Ərəbistanı: Sentyabrın 11-i hadisələrinə dair ittihamlar  qərəzlidir - 2003-07-25


Səudiyyə Ərəbistanının Birləşmiş Ştatlardakı səfiri sentyabrın 11-i təyyarə qaçıranların Səudiyyə hökuməti ilə əlaqə olduğuna dair Konqresin hesabatındakı qeydləri təkzib edib. Şahzadə Bəndər bin Sultan qeyd edib ki, Ər-Riyadın sentyabrın 11-i hücumlarının maliyyələşdirilməsi, təşkilində iştirakı, ya da hadisədən əvvəl onunla bağlı mə’lumata malik olduğuna dair fikirləri qərəzlidir və həqiqətə uyğun deyil. Sentyabrın 11-i hücumlarında şübhəli 19 təyyarə qaçıranın 15-i Səudiyyə Ərəbistanının vətəndaşı idi. Konqresin dünən açıqlandmış hesabatında deyilir ki, təyyarə qaçıranlardan ikisi Səudiyyə Ərəbistanının Los-Ancelesdəki konsulluğu ilə əlaqəsi olan bir tələbədən 2000-ci ildə maliyyə yardımı almışlar. Sənəddə habelə, ABŞ-ın yüksək səviyyəli rəsmi nümayəndəsinə istinadən qeyd edilir ki, Səudiyyə Ərəbistanı tərəfindən yüksək əməkdaşlıq bu hücumların qarşısını almağa kömək edə bilərdi.

XS
SM
MD
LG