Accessibility links

Manilada qarşıdurma dinc yolla başa çatıb - 2003-07-27


Filippin paytaxtının ticarət mərkəzini tutan əsgərlər hərbi qazarmalarına qayıtmağa razılıq vermişlər. 19 saat davam edən qarşıdurmanın hansı razılıqla sona gəldiyi hələ mə’lum deyil. Lakin Filippin prezidenti Qloria Arroyo mətbuat konfransında insident yaradan bu 296 əsgərin müharibə məcəlləsi üzrə mühakimə ediləcəyini deyib. Qeyd edək hərbiçilər Filippinin paytaxtı Maniladakı ticarət mərkəzinin üst mərtəbəsini tutub və mərkəzə partlayıcı maddələr yerləşdirildiyini deyirdilər. Əsgərlər xanım Arroyonu korrupsyada ittiham edirlər. Qarşıdurma bir güllə atılmadan belə başa çatmışdı.

XS
SM
MD
LG