Accessibility links

İran nüvə silahlarının yoxlanışına icazə verəcəkmi? - 2003-07-27


Beynəlxalq Atom Enerji Agentliyinin nümayəndəsi Əli Əkbər Salehi bildirib ki, İran hökuməti nüvə silahları yoxlanışları ilə bağlı qısamüddətli xəbərdarlıq da daxil edilməklə, nüvə obyektlərinin təftişinə imkan yaratmalıdır. Cənab Salehi dövlət orqanı olan “İran” qəzetinə verdiyi müsahibəsində demişdir ki, Tehran nüvə silahlarının yayılmaması ilə bağlı cazişə əlavə olunan Protokola qol çəkməlidir. Cənab Salehi demişdir ki, İranın protokola qol çəkməsi onun nüvə proqramınnın inkişafı probleminin həllinə kömək edə bilər. Lakin Tehran nüvə fəaliyyətlərinin angaq elektrik enerjisi istehsalı mahiyyəti daşıdığını bildirir. Vaşinqton isə İranın gizli şəkildə nüvə silahları istehsal etdiyindən şübhələnir. İyun ayında Beynəlxalq Atom Enerji Agentliyi İranın nüvə fəaliyyətləri ilə bağlı düzgün hesabat vermədiyini bildirmişdi. Cənab Salehi ümidvar olduğunu bildirmişdir ki, İran Beynəlxalq Atom Enerji agentliyinin sentyabr ayında keçirəcəyi yığıncaqdan əvvəl məqsədəuyğun bir siyasət əldə edəcək. Cənab Salehinin dediyinə görə bu, İranın nüvə proqramı ilə bağlı beynəlxalq narahatlıqlara son qoya bilər. Eyni zamanda, İranın nüvə silahları üzrə nümayəndəsi Xəlil Musəvinin iste’fa verdiyi və onun iste’fasının qəbul edildiyi bildirilir. İran mətbuatının bildirdiyinə görə Musəvinin yerinə Sabir Zeynian tə’yin edilmişdir.

XS
SM
MD
LG