Accessibility links

Çeçenıstanda bazaya hücum edilib - 2003-07-27


Qroznıdan 30 kilometr cənub-şərqdə Tsotsan-Yurdda təhlükəsizlik qüvələrinin bazası yaxınlığında intiharçı qadın daşıdığı partlayıcını işə salaraq hücum həyata keçirmişdir. İnitharçının özü ölmüş, hadisə yerində olan bir qadın yaralanmışdır. Rusiya və Çeçenıstanın rəsmiləri hücumun Moksva tərəfdarı eçeçn idarəsinin başçısı Əhməd Kadırovun qərargahı yaxınlığında baş verdiyini bildirirlər. Rəsmilərin bildirdiyinə görə, gözətçi gənc qadın ona yaxınlaşarkən şpübhələnmiş və atəş açacağı haqda xəbərdarlıq etmişdir. Qadın bundan sonra partlayıcını işə salmışdır.

XS
SM
MD
LG