Accessibility links

Gürcüstan və Abxaziya Kodori dərəsini minalardan təmizləyəcəklər - 2003-07-28


Gürcüstanın və Abxaziyanın qüvvələri iki tərəf arasında bufer zonası sayılan dağlıq Kodori dərəsinin minasızlaşdırılması üçün birgə işləyəcəklərini bəyan ediblər. Gürcüstan prezidentinin xüsüsi nümayəndəsi Emzar Kvitsiani birgə əməliyyatın avqust ayında başlanağını bildirib. Hər iki tərəf Kodori dərəsini 10 il əvvəl Abxaziyanın Gürcüstandan ayrılaraq müstəqillik əldə etmək üçün döyüşlərə başladığı vaxtdan minalamışdı. Münaqişə on minlərlə gürcünü regionu tərk etməyə məcbur etmişdi.

XS
SM
MD
LG