Accessibility links

Səddamın mühafizi ələ keçirilib - 2003-07-29


Birləşmiş Ştatların hərbi mənbələri bildirirlər ki, Səddam Hüseynin yaxın məsləkdaşı və şəxsi mühafizi Ədnan Abdulla Abid Əl Müsslit ələ keçirilib. Onun Səddamın doğulduğu Tikrit şəhərində səhər tezdən həyata keçirilən reyd zamanı saxlandığı bildirilir. Ordu nümayəndəsinin bildirdiyinə görə reyd zamanı ələ keçirilən sənədlər Səddam Hüseynin axtarışına yardım edə bilər. Dünən Birləşmiş Ştatların dövlət katibinin müavini Riçard Armitaj Səddam sağ ələ keçirilməsinə üstünlük verildiyini demişdi.

XS
SM
MD
LG