Accessibility links

Britaniyda 5 yaşlı oğlanın ölümü ilə bağlı 21 adam saxlanılıb - 2003-07-29


Britaniya polisi nigeriyalı oğlanın dəhşətli ölümü ilə əlaqədar mühacirət zabitləri və insan qaçaqmalçılığı ilə məşğul olduqlarından şübhələnilən 21 adamı sorğu-suala çəkir. Bu gün Londonun 9 bölgəsində polis reydələri həyata keçirilib. Nəzarət altına alınanlarla yanaşı qətlə dəlil ola bilən əşyalar aşkar edilib. Həbs edilənlərin əksəriyyəti nigeriyalıdır. Polisin bildirdiyinə görə “Adam” ləqəbi daşıyan 5 yaşlı uşaqın başsız və əl-qolsuz cəsədi iki il əvvəl çayda tapılmışdı. Polisin bildirdiyinə görə bu qətl qurbanvermə ən’ənəsi ilə əlaqədar ola bilər.

XS
SM
MD
LG