Accessibility links

ABŞ konqresmeni Azərbaycanda seçkilərin ədalətli keçəcəyinə şübhə edir - 2003-07-29


Birləşmiş Ştatların siyasi dairələrində Azərbaycanda qarşıdan gələn seçkilər və seçkiqabağı vəziyyət diqqətlə izlənilir. Bu günlər ABŞ Konqresinin iclasında respublikaçı konqresmen Mark Kirk Nümayəndələr Palatasının sədrindən söz alaraq Azərbaycanda hökumətin demokratik yolla keçidi ilə bağlı fikirlərini söyləmişdir.

Konqresmen Mark Kirkin çıxışı: Cənab spiker, Birləşmiş Ştatlar və onun müttəfiqlərinin Azərbaycanda hökumətinin demokratik yolla dəyişməsi planı olmalıdır. Bizim ölkəmizin enerji siyasəti əsas e’tibarilə xarici enerji mənbələrinə əsaslanır və bunun da əsas hissəsini Azərbaycanın Xəzər regionunun ehtiyatları təşkil edir. Azərbaycanda prezident, keçmiş Dövlət Təhlükəsizlik komitəsinin generalı Heydər Əiyev ölüm ayağında koma vəziyyətinə düşüb çıxır və oğlunun onun xələfi olmasını istəyir. Mənə elə gəlir ki, Birləşmiş Ştatlar və bizim müttəfiqlərimizin uzun müddəlti maraqlarının tə’min olunması üçün biz Azəbrycanda müxtəlif namizədlər təmsil olunmaqla əsl demokratiyanı dəstəkləməliyik. Lakin hazırda güclü və mühüm namizədlərin bə’zisinin qeydə alınmasına icazə verilməyib. Məsələn, Azərbaycan parlamentinin sabiq spikerinin seçkilərdə Azərbaycan xalqının qarşısına çıxmaq imkanı yoxdur. Cənab spiker, bu administrasiya və bizim müttəfiqlərimizin hökumətləri dünyanın enerji ehtiyatları və Birləşmiş Ştatlar iqtisadiyyatı üçün çox mühüm Xəzər regionunda sabitliyə nail olmaq üçün demokraik prosesləri dəstəkləməlidir. Konqresmen Mark Kirk onu bu çıxışa nə vadar etmişdir sualını cabalandırarkən Azərbaycanın Birləşmiş Ştatlar üçün əhəmiyyətini qeyd etmişdir.

XS
SM
MD
LG