Accessibility links

Səddam Hüseynin qızı müsahibə verib - 2003-08-02


Cümə günü Səddam Hüseynin böyük qızı Rəqadın müsahibəsini Əl Ərəbiyyə və CNN telekanalları göstərmişlər. Rəqad deyib ki, İraqda rejimin devrilməsinin səbəbi atasının ətrafında olanların satqınlığı nəticəsində olmuşdur. O deyib ki, nə o, nə də onun kiçik bacısı Rana atalarının harada gizləndiyi barədə heç nə bilmirlər. Eyni zamanda, koalisiya qüvvələrinin başçısı general laytenant Rikardo Sançez deyir ki, Səddam Hüseynin sağ ya ölü şəkildə ələ keçirilməsi məsələsi onun qoşunlarının əsas diqqət mərkəzindədir. İordaniya kralı Abdullanın atalarının etdikləri qəddarlığın qurbanları olan Rəqad və Ranaya, habelə onların doqquz üşağına sığınacaq verdiyi bildirilir. Rəqadın dediyinə görə o, atasını və qardaşları Uday və Qüsayı, İraqda müharibənin başlanmasından 5 gün əvvəl görüb. O, ağlayaraq Səddamın yaxşı ata olduğunu və onu bir daha sağ görəcəyinə ümid etdiyini bildirib. Rəqat, yeddi il əvvəl Səddamın əmri ilə əri Nüseyn Kamelin e’dam edilməsinə görə qəzəbli olduğunu çox güman ki, xarici jurnalistlərə ilk dəfə e’tiraf edib. Rəqadın əri və Rananın əri Səddam Kamel qonşu İordaniyadan qaçqınlıqdan qayıtdıqdan az sonra satqınlıqda günahlandırılaraq e’dam edilmişdilər. Səddam Kamel Səddam Hüseynin əhatəsindəkı ən yaxın adamlar sirasından xarıcə qaçmış ən yüksək vəzifəli şəxşlərdən idi. Verilən xəbərlərə görə o, e’dam edilməsindən on il əvvəl İraqın nüvə, kimyəvi və bioloji silahlar proqramına başçılıq edirdi.

XS
SM
MD
LG