Accessibility links

Səddam Hüseynin oğlanları bu gün dəfn edilib - 2003-08-02


Səddam Hüseynin oğlanlarını bu gün Tikrit şəhəri yaxınlığındakı ƏL Avca qəbristanlığında dəfn ediblər. Bu mərasimdə İraq liderinin qohumları və tanışları iştirak edib. Uday və Qüsayın xatirəsinə səslərini ucaltmadan dualar oxumuşlar. Qəbrisanlığın yaxınlığında çoxlu Birləşmiş Ştatlar hərbi qüvvələri müşahidə edilib. Birləşmiş Ştatlar administrasiyası bildirib ki, qardaşların yerini bildirən şəxsə artıq əvvəlcədən tə’yin olunmuş 30 milyon dollar verilib.

XS
SM
MD
LG