Accessibility links

Fələstin yaraqlıların təhvili planını rədd edib - 2003-08-03


Fələstin rəsmiləri prezident Yasir Ərafatin baş qərargahında axtarışda olan yaraqlıların təhvili planını rədd ediblər. Yasir Ərafatın İordan çayının qərb sahilindəki Ramallah şəhərində yerləşən baş qərargahındakı Fələstin yaraqlılarının orada qalmasına icazə verilmişdir. 17 yaraqlı şənbə günü İyerixon həbsxanasına keçirilmək təklifini rədd etdikdən sonra Yasir Ərəfatın baş qərargahındakı otaqların birində silah işlənməsi xəbərdarlığı altında saxlanılırdılar. Fələstinin təhlükəsizlik qüvvələri 17 yaraqlını həbs etdikdən sonra digər silahlı qruplar İsraillə sülh razılaşmasını pozacaqları və zoraklılıqlara yenidən başlayacaqları ilə hədələmişlər. Fələstinli yaraqlılar baş qərargaha İsrail rəsmiləri tərəfindən həbslərinin qarşısını almaq məqsədilə gətirilmişdilər. Onların bə’zisi artıq bir neçə aydır qərargahdadır. İsrail yaraqlıların qərargahdan gələcək hücumlar hazırlamaq üçün istifadə edildiyinə inanır. Fələstinli yaraqlılar müxbirlərə bildiriblər ki, Fələstin rəsmilərilə danışıqlardan sonra onlar azad ediləcəklər və qərargahda qala bilmək hüququ alacaqlar. Hələlik müzakirə olunmuş razılığa əsasən, onlar qərargahda qalaraq ailə üzvləri ilə əlaqə saxlaya bilərlər və zorakılıqlara yol verməməlidirlər. Fələstin rəsmiləri cənab Ərafatın İsrailin onun yenidən azad hərəkət etməsinə imkan verməsi üçün yaraqlıların qərargahdan çıxarılmasını istəyir. Yasir Ərafat artıq bir il yarımdan çoxdur Ramallahdakı qərargahından çıxa bilmir. O, ərazini İsrailin ona İordan çayının Qərb sahilinə qayıtmağı qadağan edəcəyi qorxusu ilə tərk etmir. İsrail 2001-ci ilin dekabr ayından cənab Ərafatla bütün əlaqələrı kəsmiş və bir sıra hərbi reydlər keçirərək baş qərargahın böyük hissəsini demək olar ki, dağıtmışdır. İsrailin Baş naziri Ariel Şaron keçən həftə bildirmişdir ki, cənab Ərafat Fəslətin idarəsində hakimiyyətdə qalana qədər sülh perspektivləri o qədər də böyük deyil.

XS
SM
MD
LG