Accessibility links

İRAN  ƏL-QAİDƏ ÜZVLƏRİNİ ABŞ-A VERMƏYƏCƏK - 2003-08-04


İran həbs etdiyi Əl-Qayda terror şəbəgəsinin üzvlərini Birləşmiş Ştatlara təhvil verməyəcəyini ya da onları Xalq mücahidləri təşkilatının üzvlərilə dəyişdirməyəcəyini bildirmişdir. İran Xarici İşlər Nazirliyinin nümayəndəsi bu gün Tehranda deyib ki, hökuməti Əl-Qaydanın yüksək vəzifəli üzvlərini İranda fəlaiyyəti qadağan edilmiş Xalq mücahidləri təşkilatının üzvlərilə dəyişdirməyəcək. Xalq mücahidləri təşkilatının bəzi üzvləri İraqdakı Amerika hərbi qüvvəsinin ciddi nəzarəti altındadır. Nyu York Times qəzeti şənbə sayında qeyd etmişdi ki, İran Əl-Qaydanın üç yüksək vəzifəli üzvünü həbsdə saxlayır və Birləşmiş Ştatlar da İrandan onları Vaşinqtona təhvil verməyi tələb edib. Keçən ay İran Əl-Qaydanın bəzi üzvlərini həbs etdiyini bildirmişdi. İran Xarici İşlər Nazirliyinin nümayəndəsi bu gün deyib ki, təhlükəsizliyi nəzərə alaraq Əl-Qayda üzvlərinin hansı həbsdə saxlandığını açıqlaya bilməz.

XS
SM
MD
LG