Accessibility links

KOLİN PAUL VƏZİFƏDƏ QALACAQMI? - 2003-08-04


Vaşington post qəzeti yazıb ki, Dövlət Katibi Kolin Paul və onun müavini Richard Armitage prezident Buş ikinci dəfə prezident seçildiyi təqdirdə, vəzifələrindən istefa verəcəklər. Qəzetin yazdığına görə, Cənab Armitage bu yaxınlarda Ağ evdə prezidentin Milli Təhlükəsizlik üzrə məsləhətçisi Kondoliza Raysa demişdir ki, o və dövlət Katibi Kolin Paul 2005-ci il yanvar ayında andiçmə mərasimindən bir gün sonra, vəzifələrindən istefa verəcəklər. Dövlət Departamenti bu gün dərc etdiyi bəyanatda qeyd edib ki, belə bir söhbət olmayıb həmçinin Dövlət Katibi Kolin Paul və cənab Armitage prezident Buşla işləməkdən məmnundurlar. Onlar bundan sonra da fəaliyyətlərini davam etdirəcəklər.

XS
SM
MD
LG