Accessibility links

Cakartadakı partlayışın məsuliyyətini Cəmiyyəti-İslamiyyə öz üzərinə götürüb - 2003-08-06


Cakartada bir jurnalist bildirib ki, dünən İndoneziyanın payıtaxtında baş verən bomba partlayışı barədə məsuliyyəti Əl-Qaidə terror şəbəkəsi ilə əlaqəsi olan Cəmiyyəti İslamiyyə təşkilatı öz boynuna götürüb. Həmin partlayış nəticəsində azı 10 adam həlak olub. Singapure Straits Times qəzetinin Cakartadakı müxbiri Dervin Pereiranın dediyinə görə naməlum bir şəxs ona zəng edərək partlayışın İndoneziya hökuməti üçün “qanlı bir xəbərdarlıq” olduğunu bildirib. Həmin şəxs İndoneziyada Cəmiyyəti İslamiyyəyə qarşı təzyiqlərin dayandırılmasına çağırıb.

XS
SM
MD
LG