Accessibility links

İndoneziyada bomba partlayışı barədə əlavə məlumatlar əldə edilib - 2003-08-08


İndoneziyanın rəsmiləri deyirlər ki, onlar bomba partlayışının İslam terrorist qrupu tərəfindən həyata keçirildiyi barədə əlavə mə’lumatlar əldə ediblər. Prezident Meqavati Sukarnopurt bü gün Cakartadakı Cənubşərqi Asiya Ölkələri Birliyinin iclasındakı çıxışnda terrorizmlə mübarizəni gücləndirməyə çağırıb və deyib ki, heç bir dövlət beynəlxalq terrorizmlə mübarizəni təkbaşına apara bilməz. Bu onun çərşənbə axşamı baş vermiş 10 adamın ölümü və 150-yə qədər adamın yaralanması ilə nəticələnən Birləşmiş Ştatlar şirkətinə məxsus olan mehmanxanadakı bomba partlayışı barədə ilk bəyənatı idi. İndoneziya rəsmilərinin bildirdiyinə görə partladılmış bombanın tapılmış ayrı-ayrı hissələrinin yoxlanmasından sonra bu hücumun ƏL Qaidə ilə əlaqəsi olan Cemah İslamiyyə qrupunun üzvləri tərəfindən edildiyi deyilir.

XS
SM
MD
LG