Accessibility links

BBC-nin jurnalisti ifadə verdi - 2003-08-12


Londonun müharibədən əvvəl İraqdan gələn təhlükəni şiritməsi haqda mə’lumatlar verən BBC jurnalisti Endrü Qilliqan silah eksperti, alim Deyvid Kellinin ölümü ilə bağlı prosesdə ifadə verib. Jurnalistin bildirdiyinə görə, Deyvid Kelli ona deyib ki, Britaniya rəsmiləri təhlükənin daha qabarıq göstərilməsi üçün əsas hesabatda dəyişiklikər ediblər. Onun dediyi kimi, Deyvid Kelli Toni Bleyerin ictimai əlaqələr üzrə məsləhətçisi Alastair Kempelin burada əsas rol oynadığını söyləyib. Keçən ay intihar etmiş Deyvid Kelli mə’lumat verdiyini boynuna almamışdır. Lakin BBC daha sonra cənab Kellinin əsas mənbə olduğunu e’tiraf etmişdir. Hazırda Karib dənizi sahilində istirahətdə olan Toni Bleyer ifadə vermək üçün duinləmələrə çağırılşmışdır.

XS
SM
MD
LG