Accessibility links

İraqda Amerika əsgərlərinə qarşı hücumlar davam edir - 2003-08-13


Birləşmiş Ştatlar hərbi qüvvələrinin rəsmiləri son 24 saat ərzində İraqda həyata keçirilmiş hücum zamanı Amerika əsgələrinin qətlə yetirildiyini bildirdilər. Bağdad yaxınlığında həyata keçirilmiş son hücumda yolda bomba parlatyarkən bir əsgərin yaralandığı xəbər verilir. Dünənki hücumlar zamanı iki Amerika səgəri qətlə yetirilmişdi. Birləşmiş Ştatların İraqdakı mülki idarəsinin başçısı Pol Bremer qeyd etmişdir ki, müharibə zamanı İran ərazisinə keçmiş Ənsar əl-İslam terror qrupuna mənsub iki yüzə yaxın silahlı şəxsin yenidən İraqa qayıtması mümkündür. Pol Bremerin dediyi kimi, onlar Birləşmiş Ştatların hərbi qüvvələrinə qarşı hücumlar həyata keçirmək üçün İraqda ola bilərlər.

XS
SM
MD
LG