Accessibility links

İraqda düyüşlərin başlanmasından 100 gün keçir - 2003-08-13


Artıq İraqda döyüşlərin başlanmasından 100 gün keçir. Prezident Buş deyir:” İraqda təhlükəsizliyinin qorunması işində Birləşmiş Ştatlar və 20-dən çox dövlət iştirak edir. Koalisiya qüvvələri sabvitliyi və nizam-intizamı pozmağa çalışan Bəəz partiiyasının tərəfdarları və xarici terroristlərlə mübarizəni davam etdirir. Quldurlar haqda mə’lumat verən və onların yerlərini göstərən iraqlıların sayı gündən-günə artır. Əldə edilən informasiyalar nəticəsində onların silah anbarları aşkar edilir. Koalisiya qüvvələri İraqda yeni bir İraq ordusunun və polis qüvvələrinin yaradılmasına çalışırlar. Artıq banklar açılıb. Hər gün 2 milyondan artıq xam neft istehsal edilir və 2 milyondan çox neft e’mal olunur”. Prezident Buş deyir ki, uzun zamanlardan bəri azadlıqdan məhrum olan İraq cəmiyyəti indi azadlığa doğru gedir. Artıq İraq xalqının həyatı normal vəziyyətə düşməyə başlayıb. Xəstəxanalar, universitetlər açılıb, çox yerlərə su və elektrik enerjisi verilir, başqa xidmət sahələri müharibədən əvvəlki səviyyəyə çatıb. Bütün ölkədə məktəblilər imtahanlarını başa çatdirmışlar. Neçə illərdən bəri ilk dəfə olaraq İraqda azad mətbuat mövcuddu Prezident Buşun dediyinə görə İraq xalqının qarşısında duran ən mühüm məsələ öz hökumətləini təşkil etməkdir və bunun üçün artıq addımlar atırlar. Müxtəlif qruplardan təşkil olunmuş 25 üzvdən ibarət olan İraqın idarə şurası müntəzəm surətdə görüşür və ölkəyə yeni nazirlər tə’yin edib, büdcəni müəyyənləşdirirlər. Tezlikdə xalqın nümayəndələri yeni konstitusiya yaradacaq və azad seçkilər həyata keçiriləcəklər. Bir halda ki, xalq keçmiş rejimin qayıtmamasına əmindir, orada aptıq azadlıq yer almağa başlayır.

XS
SM
MD
LG