Accessibility links

Özbəkistanda müstəqil jurnalist məhkum olunub - 2003-08-13


Verilən mə’lumatlara görə Özbəkistan məhkəməsi müstəqil jurnalisti homoseksuallıqda günahlandıraraq 5 il yarım azadlıqdan məhrum edib. Bu gün Hüman Rayts Vatç deyir ki, məhkəmə Ruslan Şəripova ittihamı bağlı qapılar arxasında çıxarıb və Beynəlxalq İnsan Hüquqları qrupu bunun siyası motivlərlə əlaqədar oldufunu deyib. Nyu Yorkda yerləşən həmin təşkilat Özbəkistan prezidenti İslam Kərimova yazdığı məktubda bildirmişdir ki, Şəripov həbsxanada verilən işkəncələr nəticəsində özünün künahkar olduğu barədə sənədlər imzalamalı olmuşdur. Xatırladaq ki, hökuməti açıq şəkildə tənqid edən Şəripov may ayının 26-da homoseksuallıqda və azyaşlı ilə cinsi əlaqədə günahlandıraraq həbs edilmişdi. Bundan əvvəl hər şeyi inkar edən Şəripov avqustun 8-də açıq şəkildə homoseksual olduğunu bildirdi və günahkar olduğunu boynuna aldı. O, prezident Kərimovun onu əvf etməsini xahiş etdi. Həm də o, vəkillərdən imtina etdi və anasının məhkəmədə iştirakına razılıq vermədi.

XS
SM
MD
LG