Accessibility links

Nyu York və digər şəhərlərə tədricən işıq verilir - 2003-08-15


Birləşmiş Ştatlar və Kanadanın şərq və orta-şərq hissələrində işiğın kəsilməsindən sonra Nyu York və digər şəhərlərə elektrik cərəyanın verilməsi başlanıb. Elektrik cərəyanının kəsilməsi problemi şərqdə Konnektikut və Nyu York ştatlarından başlayaraq, orta-şərqdə Miçiqan və Ohayo ştatları, şimalda Kanadaya qədər böyük bir ərazini əhatə etmişdir. Enerji nazirliyinin rəsmilərinin bildirdiyinə görə, cərəyanın tam həcmlə verilməsi üçün hələ bir müddət vaxt lazım olacaq. Nyu Yorkun Tayms meydanında artıq işıq verilmişdir. Nyu York fond birjası səhər öz işinə vaxtında başlayıb. Mer Maykl Blumberq şəhərin bə’zi hissələrində işiğın verildiyini və günün sonuna qədər bütün şəhərin eketriklə tə’min ediləcəyinə inandığını bildirmişdir. “Səbirli olsaq və vəziyyəti başa düşsək, fikrimcə, günün sonuna qədər hər şey qaydasında olacaq.” Cümə axşamı ABŞ və Kanadanın bir sıra rayonlarında elektrik cərəyanının kəsilməsi nəticəsində 50 milyondan artıq adam işiqsız qalmışdı.

XS
SM
MD
LG