Accessibility links

Nyu York şəhərində elektrik cərəyanı bərpa edilmişdir - 2003-08-16


Nyu York bələdiyyə idarəsinin rəsmi şəxsləri deyirlər ki, dünən gecə şəhərin kəsilmiş elektrik cərəyanı bərpa edilmişdir. Birləşmiş Ştatlar və Kanada elektrik cərəyanının kəsilməsinin səbəblərini araşdırmaq məqsədilə birlikdə bir təhqiqat qrupu təşkil etmişlər. Cümə axşamı Birləşmiş Ştatlar və Kanadanın bir sıra ştatlarında elektrik cərəyanının kəsilməsi nəticəsində 50 milyondan çox adam işıqsız qalmışdır. Dünən axşam Nyu Yorkun evlərinə və ticarət mərkəzlərinə yenidən elekterik cərəyanı verilmişdir. Lakin metro hələlik işləmir. Ohayo və Detroyt ştatlarının bə’zi bölgələrində hələ də elektrik cərəyanı yoxdur. Detroyt və Klivlendin bə’zi rayonlarında içməli su çatışmır. Elektrik cərəyanının kəsilməsi nəticəsində Nyu Yorkda 2, Konnektikutda 1 və Kanada da azı 2 nəfər ölmüşdür. Nyu York şəhərinin meri Maykl Blumberg səbirli olmalarına görə şəhər sakinlərinə öz təşəkkürünü bildirmişdir. O demişdir ki, Birləşmiş Ştatların prezidenti dünən də, bu gün də ona zəng etmişdir və o, bu sahədə görülən işləri yaxından izləyir. Prezident xalqı diqqətli və məntiqli hərkət etdiklərinə görə alqışlayır. 1977-ci ildə elektrik cərəyanının kəsilməsi nəticəsində hərc-mərclik və cinayətlər baş vermişdi. Lakin indi bu məsələyə qayğıkeşliklə yanaşılır.

XS
SM
MD
LG