Accessibility links

Bağdadda BMT qərargahına hücum - 2003-08-19


Bağdadda Birləşmiş Millətlər Təşkilatının qərarqahında maşında yerləşdirilmiş bomba partladılıb. Bunun nəticəsində azı 18 adamın həlak olduğu yüz adamın isə yaralandığı bildilir. Hücum nəticəsində yaralananların siyahısına BMT-nin Bağdaddakı nümayəndəsi Sergio Vieira De Mello da daxildir. O binanın qalıqları altında qalaraq yaralanıb ancaq şuuru yerindədir. Partlayış nəticəsində BMT-nin Bağdaddakı qərərqahının yerləşdiyi mehmanxananın bir hissəsi dağılıb. Prezident Buş partlayışla əlaqədar olaraq deyib ki, bu “mədəni dünyanın düşməni olan terrorçuların işidir və biz onların İraqın gələcəyini müəyyən etmələrinə icazə verməyəcəyik".

XS
SM
MD
LG