BMT-nin Baş Katibi Kofi Annan Təşkilatın Baqdaddakı qərargahının partladılmasına baxmayaraq, BMT-nin İraqdakı fəaliyymətinin bundan sonra da davam etdiriləcəyini bildirib. BMT-nin lideri deyib ki, təşkilatın İraqdakı mövcudiyyəti aydındır və biz qətiyyətli olacağıq. Baş Katib Annan bildirib ki, çərşənbə axşamı yük maşını ilə edilən bomba hücumu nəticəsində BMT-nin yüksək vəzifəli elçisi Serjio Vieyra de Mello daxil edilməklə həlak olanlar üçün olduqca kədərlidir. Cənab Annan İsveçin paytaxtrı Stokholmda müxbirlərə deyib ki, tökülən qanlar hədər getməyəcək. BMT 12 ildir ki, İraqda fəaliyyət göstərir. Dünənə qədər ona hücum edilməmişdi. Cənab Ənnan Səddam Hüseyn rejiminin hakimiyyətdən devrilməsindən aylar keçməsinə baxmayaraq, ölkədə təhlükəsizliyin tə’min edilməməsi məsələsini qaldırarkən demişdi ki, İraqı işğal edən koalisiya qüvvələri ölkədə qayda-qanunu və təhlükəsizliyi tə’min etməlidirlər. Lakin terror əməliyyatları kimi hücumların qarşısını almaq müşküldür. Çünki onların nə vaxt və harada baş verəcəyini qabaqcadan demək olmur. Bu da təhlükəsizliyin təmin edilməsi işini çətinləşdirir.