Accessibility links

İran Britaniyanın üzr istəməsini istəyir - 2003-08-24


İran prezidenti Məhəmməd Xatəmi terror fəaliyyətinə görə keçmiş İran diplomatının həbs edildiyinə görə Britaniyanın üzr istəməsini tələb edib. Xəbərlər agentlilərinin verdiyi mə’lumata görə, Məhəmməd Xatəmi deyib ki, İran Argentinada səfiri olmuş Hadi Süleyumanpurun həbsinə güclü reaksiya verəcək. Xatırladırıq ki, beynəxalq xəbərdarlığına əsasən hərəkət edən Britaniya polisi cümə axşamı cənab Süleymanpuru ölkənin şimalında həbs etmişdir. Həbs haqda göstəriş verən Argentina Hadi Süleymanpuru 1994-cü ildə Bueno Ayresdə yəhudi icmasının mərkəzindəki bomba hücumunda əli olamqda ittiham edir. Hücum zamanı 85 adam həlak olmuşdu. Hadi Süleymanpur o zaman İranın Argentinadakı səfiri idi.

XS
SM
MD
LG