Accessibility links

Yunanıstan rəsmiləri Qusinskini Rusiyaya qaytara bilərlər - 2003-08-25


Rusiyada bir zamanlar mətbuat kralı olmuş Vladimir Qusinski Yunanıstanda məhkəmə qarşısına çıxarılıb. Məhkəmə fırıldaqçılıqda ittiham olunan Qusiniskinin Rusiyaya təhvil verilib-verilməməsi məsələsilə bağlı qərar çıxarlmalıdır. Vladimir Qusinski cümə axşamı Afina hava limanında həbsinə dair beynəlxalq xəbərdarlıq əsasında polis tərəfindən saxlanmışdır. Rusiya prezidenti Vladimir Putini tənqid edən NTV televiziya şirkəti də daxil olmaqla, böyük mediya imperiyasına malik Qusinski 250 milyon dollar məbləğində dövlət əmlakını mənimsəməkdə ittiham olunur. NTV iki il bundan əvvəl Rusiya hökumətinin nəzarəti latında olan Qazprom şirkəti tərəfindən mənimsənilmişdi. Vladimir Qusinski 2000-ci ildə Rusiyanı tərk edərək İspaniyaya getmiş, orda həbs olunmuşdur, daha sonra məhkəmə onun Rusiya təhvil verilməsini rədd etdikdən sonra İsrailə yollanmışdır. Qusinski Rusiya və İsrail vətəndaşıdır.

XS
SM
MD
LG