Accessibility links

Britaniya kəşfiyyatının başçısı İraqın silahları haqda hesabatı müdafiə edib - 2003-08-26


Britaniya hökumətinin Birgə Kəşfiyyat komitəsinin sədri Con Scartlet İraqın müharibədən əvvəl 45 dəqiqə ərzində kütləvi qırğın silahları işlətməyə qadir olduğu haqda iddianı müdafiə edib. Con Skarlet Londonda rəsmi təhqiqata bildirib ki, bu haqda informasiya İraqın yüksək səviyyəli hərbi nümayəndəsindən iqtibas gətirən mötəbər bir mənbədən alınmışdır. Birgə Kəşfiyyat komitəsinin sədrinin bugünkü açıqlamaları Britanyanın silah eksperti Deyvid Kellinin intihar etməsilə bağlı artıq üçüncü həftədir gedən təhqiqat zamanı verilmişdir. Deyvid Kelli BBC şirkətinin may ayında Britaniya hökumətinin İraqla müharibəyə başlamaq üçün dəlilləri şişirtməsi ilə bağlı mə’lumatı üçün əsas mənbə olmuşdur.

XS
SM
MD
LG