Accessibility links

Şimali Koreyanın nüvə silahları proqramı üzrə danışıqlar davam edir - 2003-08-27


Şimalı Koreyanın nüvə silahları proqramını müzakirə edən 6 dövlətin iştirakı ilə Pekində keçirilən üçgünlük danışıqların birinci günü heç bir razılıq əldə edilmədiyi bildirilir. Şimalı Koreya ilə Birləşmiş Ştatların rəsmi şəxsləri arasında da ikitərfli görüş keçirilmişdir. Yaponiya və Cənubi Koreyanın diplomatları deyirlər ki, Birləşmiş Ştatlarla Şimalı Koreyanın rəsmi şəxsləri arasındakı görüş 30 dəqiqə davam etmişdir. Bu, Şimalı Koreyanın nüvə silahları proqramı haqqında Pekində çoxtərəfli danışıqların ilk gününə təsadüf edib. Bu barədəki xəbərlər bir çoxlarını təəccüfləndirib. Şimali Koreya Birləşmiş Ştatlarla ikitərəfli danışıqların keçirilməsini xahiş etmişdi. Görüş haqqında təfərrüatlı mə’lumat verilməmişdir. Vaşinqtonun tə’kidi ilə Pekində 6 dövlətin iştirakı ilə danışıqlar keçirilir. Üç gün davam edən daşınıqlarda Çin, Yaponiaya, Şimali Koreya, Cənubi Koreya və Birləşmiş Ştatların diplomatları iştirak edirlər. Danışıqların ilk gününün gedişi haqqında təfərrüatlı mə’lumat verilməyib. Lakin diplomatlar danışıqları səmərəli adlandırıblar. Çin Xarici İşlər Nazirinin Müavini VVang Yi danışıqları nüvə məsələsinin həlli üçün irəliyə doğru atılmış mühüm bir addım kimi qiymətləndirib. Bu Şimalı Koreyanın nüvə silahları proqramı ilə əlaqədar 10-ay davam edən böhrandan bəri keçirilən ilk çoxtərəfli görüşdür.

XS
SM
MD
LG