Accessibility links

Pekin danışıqları başa çatdı - 2003-08-29


Pekində Şimali Koreyanın nüvə böhranı ilə bağlı 6 ölkənin nümayəndə heyətinin iştirak etdiyi danışıqlar ilin sonunda yenidən görüşmək razılığı ilə başa çatıb. Heç bir ortaq bəyanat qəbul edilməyən danışıqlara ev sahibliyi edən Çin bəzi məsələlərdə ortaq zəmin yaradıldığını bildirib. Çinin bildirdiyinə görə Şimali Koreya da daxil edilməklə, nümayəndə heyətləri Koreya yarımadasının nüvə silahlarından azad olması fikri ilə razılaşıblar. Pxenyan nüvə böhranının həlli yolları paketini təqdim etdiyini bildirib. Diplomatlar isə paketdə heç bir yenilik olmadığını qeyd edirlər.

XS
SM
MD
LG