Accessibility links

Rusiya prezidenti İraqa qüvvə göndərilməsinin əleyhinə deyil - 2003-08-30


Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ştatların komandanlığı altında İraqa beynəlxalq qüvvə göndərilməsinin əliyhinə çıxmayacağını deyib. Bu gün İtaliyda baş nazir Silvio Berluskoni ilə birgə mətbuat konfransında Rusiya prezidenti çoxmillətli qüvvə tərkibində Rusiya qüvvələrinin iştirak edib-etməyəcəyi barədə heç bir şey deməyib. Prezident Putinin bu sözləri Rusiyanın BMT-nin İraqdakı rolunun artırılması ilə bağlı qətnamə layihəsi hazırladığını e’lan etməsindən bir gün sonraya təsadüf edir. Rusiyadan əlavə, Amerikanın başçılığı ilə İraq müharibəsinin əleyhinə olan Almaniya və Fransa da BMT-nin İraqdakı rolunun artırılmasının tərəfdarıdır.

XS
SM
MD
LG