Accessibility links

Nəcəf şəhərindəki bomba partlayışı ilə əlaqədar 4 nəfər həbs edilib - 2003-08-30


İraq polisi partayışdan dərhal sonra iraqlı olmayan 4 ərəbin həbs etdiyini bildirib. Dünənki əməliyyat BMT-nin Baqdaddakı qərargahı və İordaniyanın Bağdaddakı səfirliyinə edilən hücumlara oxşardır. Birləşmiş Ştatların rəsmi şəxsləri deyirlər ki, əcnəbi turistlər ölkəni sabitsizləşdirmək üçün Suriya, Səudiyyə Ərəbistanı və İranın sərhədlərindən İraqa keçirlər. Bomba partlayışı nəticəsində xəsarət alanlar xəstəxanalara aparılıb. Onların axtarışı ilə ailə üzləri şəhər xəstəxanalarına gedirlər. Hücumda İraqın ən nüfuzlu şiə qrupunun lideri Məhəmməd Baqir Əl Həkim həlak olmuşdu. O, şiələrin müqəddəs ziyarətgahı olan İmam Əlinin dəfn edildiyi məscid n yaxınlığında cümə namazı qılırdı. Birləşmijş Ştatlar dünənki bomba partlayışını terror aktı kimi qiymətləndirərək, hücumda İraqı sanbitsizləşməyə çalışan ünsürləri günahlandırır. Bu gün İmam Əli məscidi ətrafında toplaşan minlərlə adam əməliyyatın məsuliyyətini hakimiyyətdən devrilmiş Səddam Hüseyn rejiminin qalıqları üzərinə atıblar.

XS
SM
MD
LG