Accessibility links

Əfqanıstanda daha 4 talebançı öldürülüb - 2003-08-31


Pakistan sərhədləri yaxınlığında aparılan döyüşlərin yeddinci günü Birləşmiş Ştatların Əfqanıstandakı əsgərləri yaralanmış, 4 Taleban döyüşçüsü qldürülmüşdür. ABŞ mərkəzi komandanlığının bəyanatında deyilir ki, Amerika qüvvələri bu gün Paktika vilayətində hücuma mə’ruz qalmışlar. Taleban döyüşçülərinin 90 dəqiqə sürən atışma zamanı öldürüldüyü xəbər verilir. Bu gün səhər Zabil vilayətinin kəşfiyyat idarəsinin başçısı Amerikanın xüsusi təyinatlı qüvvələri, təyyarə və vertolyotlarının müşayiəti ilə əfqan qüvvələrinin gecə döyüşləri zamanı 14 düşmən döyüşçünü öldürdüyünü demişdir. Qeyri-rəsmi mə’lumatlara görə son həftə ərzində 100-ə yaxın Taleban döyüçüsü qətlə yetirilib.

XS
SM
MD
LG