Accessibility links

Farnsa ilə Liviya arasında müqavilə əldə edilib - 2003-09-01


Fransa Liviya ilə 1989-cu ildə Afrikada Fransa sərnişin təyyarəsinin partladılması nəticəsində qurban gedənlərin ailə üzvlərinə təzminat ödənilməsi haqda razılıq əldə edib. Fransanın Xarici İşlər Naziri Dominik de Villepin Fransa radiosunda etdiyi çıxışında deyib ki, Liviya ilə əsas müqavilə əldə edilib. İndi Fransa Təhlükəsilik Şurasının Liviyaya tətbiq etdiyi sanksiyaların ləğvi ilə bağlı Britaniyanın təklifini dəstəkləyə bilər. Qeyd edək ki, Fransa bu ölçüyə veto qoyma səlahiyyətinə malikdir. Britaniya ötən ay Liviyanın Lokerbi səmalarında həlak olan 270 adamın ailə üzvlərinə 2.7 milyard dollar kompensasiya ödəyəcəyinə razılıq verdikdən sonra BMT-nin sanksiyalarının götürülməsi məsələsini qaldırmışdı. Cənab de Villepin deyib ki, Paris BMT-də səsvermənin tə’xirə salınacağı xəbərdarlığına baxmayaraq, Liviyaya qarşı sanksiyaların ləğvinin tərfədarıdır. Liviya indiyə qədər Fransaya 34 milyion dollar məbləğində təzminat ödəyib.

XS
SM
MD
LG