Accessibility links

Çin ordusunda ixtisarlar gözlənilir - 2003-09-01


Dünyanın ən böyük ordusu olan Çin ordusunda ixtisarların edilməsi planlaşdırılır. Çinin Mərkəzi Hərbi Komissiyasına rəhblik edən keçmiş prezident Jianq Zemin hökumətin 2005-ci ilin sonu üçün hərbi qüvvələrdə 200 min əsgərin ixtisar edilməsini planlaşdırdığını bildirmişdir. Cənab Jianq bu açıqlamaları Çinin cənubunda Hunan vilayətində Milli müdafiə elm və texnologiya universitetini ziyarət edərkən etmişdir. Rəsmi Sinxua xəbər agentliyi Jianq Zeminə istinadən bildirir ki, bu ixtisarlar hərbi qüvvələrin modernləşidirilməsi və yeni texnologiyaların tətbiq edilməsi məqsədilə aparılır. Bu ilin əvvəlində Çin hökuməti yarım milyona qədər əsgəri qüvvənin ixtisar ediləcəyini bəyan etmişdi. Bu yeni ixtisar nəticəsində Çin hərbi qüvvələrinin sayı iki milyondan az olacaq. Əsas ixtisarların hərbi qüvvələrdə ən böyük birləşmə olan Xalq Azadlıq ordusunda aparılacağı gözlənilir. Qərb təhlilçiləri Çin hökumətinin son qərarlarını izləyərək bildirirlər ki, bu, son illər Çin hərbi qüvvələrində modernləşmə istiqamətində gedən proseslərin bir hissəsidir. Banqkokda Jane’s Defence həftəlik məcmuəsinin Asiya-Sakit okean regionunda çıxan nəşrinin redaktoru Robert Karniol qeyd edir ki, orduda ixsarlar köhnəlmiş və demək olar ki, nizamsız qüvvələrdə professionalizmin artırılması prosesinin gedişini göstərir. “Xalq Azadlıq ordusu sayını azaltmaqla zəifləmək deyil, özünü güclənmək istəyir. Burada yaxşılaşdırılmağa ehtiyac var və bu o qədər mürəkkəb bir prosesdir ki, onlar onun həyata keçirilməsinə on illər sərf edirlər. Lakin hərbi qüvvələrin ixtisarı kimi artıq bir neçə ildir gedən bu prosesin bir hissəsi, əslində, hərbi qüvvələrin diqqət mərkəzində olmalı olmayan bir sıra fəaliyyətlərin Xalq Azadlıq ordusunun səlahiyətlərindən çıxarılmasını nəzərdə tutur. Məsələn, sərhəd mühafizəsi, ya da daxili təhlükəsizlik fəaliyyətlərilə bağlı sahələr.” Ordudan tərxis olan əsgələr arasında işsizlik probleminin yaranması kimi bir sıra məsələlər narahatlıq doğurur. Əvvəlki illər, ixtisarlar nəticəsində ordunu tərk edən əsgərlər sadəcə, uniformlarını dəyişib artmaqda və güclənməkdə olan Xalq hərbi polisində qulluq etməyə başlayırdılar. Təhlilçilər hesab edirlər ki, hərbi qüvvələrin modernləşdirilməsi və eyni zamanda, mülki polisin güclənməsi Çinin uzun müddətdir regionda ən güclü və qlobal gücə malik bir dövlət olmaq istəyini əks etdirir. Müdafiə məsələləri üzrə ekspertlərin fikrincə, Çin hökumətinin ümumi xərcləri ilə yanaşı, müdafiə xərcləri ilbəil çox böyük miqdarda artır. Birləşmiş Ştatların rəsmiləri Çinin müdafiə xərclərinin keçən il 55 milyard dolları aşdığını bildirilər.

XS
SM
MD
LG