Accessibility links

Çin yuanın kursunu dəyişmək istəmir - 2003-09-02


Çin Birləşmiş Ştatların maliyyə naziri Con Snounun ölkəyə səfərini alqışlamış, lakin ölkənin valyutası olan yuanın revalvasiya olunmayacağını bildirib. Bu gün Pekinə yetişən Buş administrasiyası kabinetinin üzvü Con Snou bundan əvvəl Yaponiyada rəsmilərlə Çini valyutasını gücləndirməyə razı salmaqda ABŞ-a kömək etmək haqda razılıq əldə etmişdir. Görüşlər zamanı cənab Snou Çin rəsmilərini hökumətin valyuta siyasətini dəyişdirməyə razı salmağa çalışmışdır. Pekində çıxan gündəlik “Çin” qəzeti ölkə valyutasının süni olaraq aşağı səviyyədə saxlanıldığı ilə bağlı ittihamları rədd etmişdir. Son doqquz ildir yuanın ABŞ dollarına nisbətən məzənnnəsi eyni olaraq qalır.

XS
SM
MD
LG