Accessibility links

İraq şiələrinin lideri dəfn olundu - 2003-09-02


Yüz minlərlə iraqlı şiə müsəlman müqəddəs Nəcəf şəhərində keçən həftə qətlə yetirilmiş ruhani Ayatolla Məhəmməd Bağir Əl-Həkimin dəfn mərasimində iştirak edib. Ruhani keçən cümə günü İmam Əli məscidi yaxınlığında maşına qoyulmuş bombanın partlaması nəticəsində həlak olmuşdur. Həmin partlayış zamanı 82 adam öldürülmüşdür. Nəcəfdən verilən xəbərlərə əsasən, kütlə cənazənin dəfn olunacaq yerə çatdırılmasına imkan verməyib. Lakin təşkilatçılar dəfn mərasimini davam etdiriblər. Ağır silahlarla silahlanmış İraqın təhlükəsizlik qüvvələri dəfn mərasiminin marşrutu üzrə düzülərək yeni zorakılıqların və hücumların qarşısını almağa çalışıblar.

XS
SM
MD
LG