Accessibility links

ABŞ İraqın yenidənqurulmasında başqa dövlətlərdən kömək istəyir - 2003-09-03


Bu gün Birləşmiş Ştatların və digər donor dövlətlərin nümayəndələri İraqın yenidənqurma strategiyasını müzakirə etmək üçün Brüsseldə görüşürlər. Amerika departamentinin yüksək vəzifəli nümayəndəsi Riçard Bauçer deyir ki, bugünku görüş Oktyabr ayında Madriddə keçiriləcək daha geniş müzakirələrin əsasını qoyur. Amerikanın İraqdakı müvəqqəti idarə başçısı Pol Bremer isə bildirib ki, İraqın yenidənqurulmasına milyardlarla dollar lazım olacaq və Amerika Konqresi belə hesab edir ki, digər dövlətlərin köməyi olmadan Amerika bu xərci təkbaşına öz üzərinə götürə bilməz. Senatın Beynəlxalq məsələlər üzrə yüksək vəzifəli nümayəndəsi, demokrat Co Bayden deyib ki, biz İraqın yenidənqurma işinə dünyanın başqa dövlətlərini də cəlb etməliyik. Lakin bu dövlətlər bunun əvəzində Birləşmiş Ştatlardan İraqın yenidənqurulmasında müəyyən işlərə nəzarət etmək və səmərəli müqavilələr əldə etmək istəyirlər. Vaşinqton Post qəzeti yazır ki, İraqın yenidənqurma işinə başqa dövlətlərin cəlb edilməsində Birləşmiş Ştatlar təhlükəsizliyi tam nəzarət altına ala bilmədiyindən böyük çətinliklərlə rastlaşır. BMT-nin nümayəndəsi Coanna Mendelson-Forman deyib: “Müharıbə üçün bir tipli koalisiya lazım idi, yenidənqurma üçün isə daha geniş koalisiya lazımdır. İndi bizə elə bir mexanizm və “yol xəritəsi” yaratmalıyıq ki, İraqın yenidənqurulmasına və İraq xalqına kömək etmək istəyən dövlətlər öz ürəklərini və maddi imkanlarını aça bilsinlər”.

XS
SM
MD
LG