Accessibility links

Iraq kabinetinin 25 nazirinin andiçmə mərasimi olub - 2003-09-03


Prezident Buş idarəsi İraqın təhlükəsizliyini tə’min etmək və maliyyə fondunu qaydaya salmaq məsələlərini müzakirə etdiyi bir vaxt İraqın mərkəz bölgəsinin nəzarəti Polşanın başçılıq etdiyi beynəlxalq hərbi qüvvələrə həvalə edilib. Bu gün İraqın kabinet nazirləri də vəzifələrinə başlamaları münasibəti ilə and içiblər. İraq kabnetinin 25 naziri İcraediçi Şurasının yüksək vəzifəli rəsmi şəxsi İbrahim Cəfərinin qarşısında and içib. Cənab Cəfəri Nazirləri ölkənin təhlükəsizliyini tə’min etmək və xalqın maddi rifahını yüksəltmək üçün xalqa yaxşı xidmət göstərməyə də’vət edib. Koalisiyanın rəsmi şəxsləri deyirlər ki, nazirlər vəzifələrini yerinə yetirmək üçün tam səlahiyyətlərə malikdirlər, lakin onlar siyasi məsələləri koalisiyanın rəsmiləri ilə müzakirə etməlidirlər. Ayatullah Məhəmməd Bağır Əl-Həkimin çərşənbə axşamı Nəcəf şəhərində təşkil edilən dəfn mərasimində minlərlə adam iştirak etmişdi. Mərhum Ayatullah Əl-Həkim 80-dən çox tərəfdarı ilə birlikdə Nəcəfdə keçən cümə namazı zamanı bomba partlayışı nəticəsində həlak olmuşdur.

XS
SM
MD
LG