Accessibility links

Britaniya Tehrandakı səfirliyini bağlayıb - 2003-09-03


Britaniya Tehrandakı səfirliyini müvəqqəti olaraq bağlayıb. Britaniyanın Xarici İşlər Nazirliyi bildirib ki, bu gün səfirliyin binası beş dəfə atəşə tutulub. Bina pənçərələrinin şüşələri sınıb lakin xəsarət alan olmayıb. Bu hadisədən əvvəl İran Britaniyadakı səfiri Murtuza Səmədini məsləhətləşmək üçün Tehrana çağırıb. Səfirin nə vaxt Londona qayıdacağı hələlik bilinmir. Britaniyanın Xarici İşlər Nazirliyi isə bildirib ki, cənab Səmədinin Tehrana qayıtması iki ölkə arasındakı münasibətlərin heç də aşağı səviyyədə olması demək deyil. Britaniyanın Guardian qəzeti Londonun diplomatik mənbələrinə əsaslanaraq yazır ki, cənab Səmədi Londona qayıtmayacaq. Britaniyanın Xarici İşlər Nazirliyi isə bildirir ki, bazar ertəsi Xarici İşlər Naziri Jək Strav səfir Səmədini qəbul etdikdən sonra, səfir vətəninə qayıdıb. İranın Argentinadakı keçmiş səfiri Hadi Süleymanpurun Londonda həbsi və onun Argentiyaya təhvil verilməsi ehtimalı İran ilə İngiltərə arasında münasibətləri gərginləşdirib. Argentina Buenos-Ayresdəki yəhudi mərkəzinin bomba partlayışı ilə əlaqədar cənab Süleymanpurun həbs edilməsini və Argentinaya təhvil verilməsini tələb edirdi. Cənab Süleymanpur London məhkəməsində iki dəfə ifadə verib. O, bir il yarım bundan əvvəl tələbə vizası ilə İngiltərəyə gedib. Tutulana qədər Durham universitetində elmi təhqiqat işləri ilə məşğul olub. Onun vəkili cənab Süleymanpurun yahudi mərkəzinin partladılmasında əli olduğunu inkar edir. Tehran keçmiş diplomatının həbsini siyasi səbəblərlə bağlayır və Argentina ilə iqtisadi və mədəni əlaqələrini kəsib.

XS
SM
MD
LG