Accessibility links

Qərb sahilində atışma zamanı Həmasın yerli lideri qətlə yetirilib - 2003-09-05


İsrailin hərbi qüvvələrinin rəsmi nümayəndləri İordan çayının Qərb sahilindəki Nablus şəhərində Həmasın yerli liderinin qətlə yetirildiyini bildirirlər. İsrail ordusunun əməliyyatı nəticəsində yaranmış toqquşma zamanı bir əsgər ölüb, dörd əsgər yaralanıb. İsrail hərbi qüvvələri Nablusa səhər tezdən daxil olmuşlar. Əməliyyat Həmasın yüksək səviyyəli komandiri Məhəmməd Hanbalinin ələ keçrilməsi məqəsdilə aparılırdı. İsrail Hanbalinin onlarla israillinin ölümülə nəticələnən bir sıra intihar hücumlarının arxasında durduğunu iddi edir. Rəsmi nümayəndələrin dediyinə görə, Məhəmməd Hanbali əsgərlərin yaxınlaşması ilə başlan atışma zamanı qətlə yetirilmişdir. Şübhələnilən bir neçə yaraqlı həsb edilmişdir.

İsrail əsgərləri daha sonra bir neçə mərtəbəli yaşayış binasını partlatmışlar. Əsgərlər axtardıqları şəxsin burada gizləndiyini bildirmişlər. Patladılmazdan əvvəl binadanın sakinləri oradan təxliyyə edilmişlər. Lakin binanın dağılaması ilə indi bir çox ailə evsiz qalmışdır. Son həftələr İsrail-Fələstin qarşıdurmasının gücləndiyi müşahidə olunur. Keçən ay Qüdsdə Həmas üzvünün avtobusda intihar bomba hücumunu həyata keçirməsindən sonra İsrail qrupun yüksək səviyyəli nümayəndələrinə qarşı bir sıra əməliyyatlar həyata keçirmişdir. Zorakılıqların güclənməsi Fələstin muxtariyyətində siyasi böhranın yarandığı vaxta təsadüf edir.

XS
SM
MD
LG