Accessibility links

ABŞ müdafiə naziri İraqın şimalına səfər edib - 2003-09-05


Birləşmiş Ştatların müdafiə naziri Donald Ramsfild Səddam Hüseynin doğma şəhəri Tikritə səfər etdikdən sonra bu gün İraqın şimalında Mosul şəhərinə getmişdir. Donald Ramsfildin səfəri Bağdadda sünnülərin məscidində silahlı şəxsin ibadət edənlərə atəş açması vaxtına təsadüf edib. Cümə axşamı Tikritdə olan ABŞ müdafiə naziri Amerika əsgərlərinə təşəkkürünü bildirərək onların çətin bir vaxt xidmət etdiklərini demişdir. Donadl Ramsfild əlavə etmişdir ki, əsgərlərin ölkənin bərpası işində göstərdiyi səylər müvəffəq olub. Donald Ramsfild qeyd edib ki, İraqa əlavə Amerika əsgərlərinin göndərilməsini deyil, ölkədə daha artıq beynəlxalq sülhümühafizə qüvvələrinin, ya da İraqın özünün hərbi qüvvələrinin yerləşdirilməsini istəyir. ABŞ müdafiə naziri Birləşmiş Ştatların İraqda mövcudluğunun müvəqqəti olacağını bəyan edib. Birləşmiş Ştatların yüksək səviyyəli komandiri general-leytenant Rikardo Sançes İraqın sərhədlərinin mühafizəsi və terror hücumlarının qarşısını almaq üçün daha əlavə bir diviziyaya ehtiyac olduğunu bildirib. İraqda vəziyyət isə gərgin olaraq qalır. Keçən həftə Həcəfdə İmam Əli məscidinə hücum zamanı ayatolla Məhəmməd Bağır əl-Həkim və 80 dindarın ölümündən sonra gərginlik daha da artmışdır. Bu gün Bağdadın Şaab rayonunda daha bir hücum baş vermişdir. Silahlı şəxs partlayıcı maddələrə dolu yük maşınını səhər namazı vaxtı məscidə sürmüşdür. Məscidin imamı Valid əl-Azavi demişdir ki, hücum müsəlmanlar arasında problemlər yaratmaq məqsədilə edilib.

XS
SM
MD
LG