Accessibility links

Fələstinin baş naziri istefa verib - 2003-09-06


Fələstin muxtariyyəinin başçısı Yasir Ərafat baş nazir Mahmud Abbasın istefasını qəbul edib. Müşahidəçilər baş nazirin istefasını Amerika və beynəxalq sülh səylərinin baş tutmaması kimi qiymətləndirirlər. Fələstinin rəsmi nümayəndələrinin bildirdiyinə görə cənab Ərafat baş nazir Abbasın istefasını bu gün qəbul edib. Onlar cənab Arafatın baş nazirdən yeni Fələstin kabeninin təşkilinədək baş nazir vəzifəsini icra etməsini xahiş etdiyini deyirlər. Cənab Abbas istefa verməzdən əvvəl cəmisi 100 gün baş nazir vəzifəsində işləmişdi. Dünən Mahmud Abbas Fələstinin qanunverici şurasının yığıncağında istefa verəcəyinə işarə etmiş və hakimiyyətdə qalması üçün mandatının yeniləşdirilməsi istəmişdi. Yasir Arafat və Mahmud Abbas arasında hakimiyyət mübarizəsi Fələstin liderinin təhlükəszlik də daxil edilməklə, bir sıra səlahiyyətlərin baş nazirə verilməsinə razı olmaması ilə başlamışdı. Baş nazir Abbasın istefa qərarı Amerikanın Yaxın Şərqdə sülh səyləri ilə bağlı “yol xəritəsi” planının arxa plana çəkilməsi deməkd

XS
SM
MD
LG