Accessibility links

Kəşmirdə partlayış olub - 2003-09-06


Kəşmirdə maşına qoyulmuş bombanın partlayışı nəticəsində altı nəfər həlak olub, azı 31 nəfər yaralanıb. Hindistanın rəsmi şəxsləri bildirirlər ki, güclü partlayış bu gün Şrinaqardakı meyvə-tərəvəz bazarında baş verib. Polisə əsasən maşına qoyulmuş bomba ordu konvoyu bu ərazidən keçdiyi vaxt işə salınmışdı. Partlayışda bir zabit və 4 əsgər xəsarət alıb. Pakistan tərəfdarı Hizbu Mücahhiddin partlayışın məsuliyyətini üzərinə götürüb. Hindistan və Pakistan arasında bölünmüş Kəşmir uğrunda iki dəfə müharibə aparılıb.

XS
SM
MD
LG