Accessibility links

ABŞ deyir ki,Yaxın Şərqdə işini davam etdirəcək - 2003-09-07


Ağ Ev bildirir ki, Yaxın Şərqdə sülhü bərpa etmək üçün işi davam etdirəcək. İste’fa vermiş baş nazir Mahmud Abbas prezident Buşun Fələsin muxtariyyətində islahatlar planında əsas yer tuturdu. Buş administrasiyası bildirib ki, ABŞ, Avropa Birliyi, BMT və Rusiyanın vasitəçiliyi ilə Yol Xəritəsi adli plan vasitəsilə Yaxın Şərqdə zorakılıqlara son qoymaq üçün iki dövlətin yaradılması istiqamətində Fələstin, İsrail və digər qonşu ərəb dövlətlərinin liderləri ilə işi davam etdirəcək. Ağ Ev yazılı bəyanatında bildirir ki, Fələstində baş verən hadisələri yaxından izləyir və qanunverici orqanın terrorizmlə mübarizəni davam etdirə bilən, siyasi islahatlar aparan və rüşvətxorluğun kökünü kəsə bilən baş nazirə səlahiyyət verəcəyinə ümid edir. Buş administrasiyası bu çox mühüm bir vaxt bildirir ki, tərəflər atılan bütün addımların nə ilə nəticələnə biləcəyini nəzərə almalıdırlar. Prezident Buş Fələstin lideri Yasir Ərafatın israillilərə qarşı terror hücumlarını dayandırmaq üçün kifayət qədər iş görmədiyini deyərək onunla görüşməkdən daim imtina edir. Mahmud Abbasın baş nazir tə’yin edilməsi sülh planının həyata keçirilməsinə və 2005-ci ildə müstəqil Fələstin dövlətinin yaradılmasına ümidləri artırmışdı. Mahmud Abbasın iste’fası sülh prosesini şübhə altına qoymuşdur. Birləşmiş Ştatların Daxili Təhlükəsizlik naziri Tom Ric bildirmişdir ki, cənab Abbasın iste’fası mütləq sülh prosesində ləngimələrə səbəb olacaq.

XS
SM
MD
LG