Accessibility links

Amerikanın müttəfiqləri Buşun çıxışına ehtiyatla yanaşıblar - 2003-09-08


Birləşmiş Ştatların müttəfiqləri prezident Buşun İraqa daha artıq beynəlxalq hərbi və maliyyə dəstəyi verilməsi çağırışına ehtiyatla yanaşıblar. Fransanın yüksək səviyyəli nümayəndəsi bildirib ki, prezidentin müraciəti BMT-nin Təhlükəsizlik Şurasında Amerikanın maraqlarına uyğun qətnaməyə hazırlıq xarakteri daşıyır. Almaniya bir sıra variantların, o cümlədən, İraq əsgərləri və polisə Almaniyada tə’lim verilə bilməsini nəzərdən keçirəcəyini bildirmiş, lakin yenə də əsgəri qüvvər göndərilməsini istisna edib. Yunanıstan və Hindistan daxil olmaqla, digər ölkələr, yenə də bildiirblər ki, İraqda sabitliyin yaradılması üçün əsgəri qüvvə göndərilməsi ni yalnız BMT tərəfindən sanksiyalaşdırılsa nəzərdən keçirə bilərlər. Demokratlar prezidentin çıxışına müxtəlif reaksiyalar veriblər.

XS
SM
MD
LG