Accessibility links

Ariyel Şaron Hindistana səfər edib - 2003-09-08


İsrailin baş naziri Ariyel Şaron bu gün Hindistana üç günlük səfərinə başlayaır. Ariyel Şaron İsrailin Hindistana səfər edən ilk baş naziridir. Səfər zamanı cənab Şaron Hindistanın baş naziri Atal Behari Vəcpayi və ölkənin digər rəsmi nümayəndələrilə görüşər keçirəcək. Görüşlərin diqqət mərkəzində müdafiə və ölkələr arasında ticarət məsələləri olacaq. Tərəflərin bir sıra ikitərəfli sənədə imza atacağı gözlənilir. İsrail baş nazirinin keçən həftə Fələstinin xarici işlər naziri Nabil Şaasın səfərindən sonraya təsadüf edən bu səfəri yüksək təhlükəsizlik tədbirlərinin görüldüyü şəraitdə keçir.

XS
SM
MD
LG