Accessibility links

AB Amerikanın qətnaməsi ilə razı deyil - 2003-09-10


Avropa Birliyinin xarici siyasət komitəsinin sədri Xaviyer Solana 15 üzvlü Avropa Birliyinin Amerikanın qətnaməsindən çox uzaq olduğunu bildirmişdir. Xaviyer Solana demişdir ki, biz və Təhlükəsizlik Şurasının digər üzvləri ortaq razılıqdan çox uzadayıq. Cənab Solana bu sözləri Brüsseldə, Avropa Parlamentinin xarici əlaqələr komitəsində bildirmişdir. Birləşmiş Ştatlar Təhlükəszilik Şurasından İraqın yenidən qurulması üçün əlavə maliyyə vəsaiti və daha artıq sülhüməramlı qüvvə tələb edir.Almaniya, Fransa, Rusiya və digər dövlətlər BMT-nin İraqın yenidənqurma işlərində geniş rolunun tərəfədarıdır. Bu ölkələr həmçinin, İraqın suverenliyi və səlahiyyətlərin İraq xalqına təhvil verilməsinin vaxtının da müəyyən edilməsini istəyirlər.Cənab Solana bundan əvvəl Avropa Birliyi üzlərinin qətnamə ilə bağlı razılıq əldə etməyə çalışdıqlarını bildirmişdi. Lakin Almaniya və Fransa qətnamə layihəsində BMT-nin İraqdakı roluna geniş yer verilmədiyini deyirdilər. Təhlükəszlik şurasında veto hüququna malik olan Fransa Amerikanın başçılıq etdiyi İraq müharibəsinin əleyhinə idi. BMT-nin baş katibi Kofi Annan şuranın beş daimi üzvü-Rusiya, Çin, Amerika, Fransa və Britaniyanı şənbə günü Cenevrədə görüşüb, kompromis əldə edilməsinə çağırmışdır.

XS
SM
MD
LG