Accessibility links

İraqdakı Amerika əsgərləri sentyabr hadisələrinin qurbanlarının xatirəsini anıblar - 2003-09-11


İraqda Birləşmiş Ştatların başçılığı ilə koalisiyanın mülki və hərbi nümayəndələri Sentyabrın 11-i hadisələrinin ikinci ildönümünü qeyd ediblər. Ölkənin bir sıra yerlərində müxtəlif mərasimlər keçirilib. Britaniya əsgərinin çaldığı həzin musiqi sədaları altında koalisiyanın administrasiyasına rəhbərlik səfir Pol Bremer və koalisiyanın hərbi komandiri Rikardo Sançesin başçılığı ilə rəsmi nümayəndələr sentyabrın 11-i hücumlarının qurbanlarının xatirəsini anırlar. Mərasim koalisiyanın hakimyyətdən devrilmiş prezident Səddam Hüseynin sarayında yerləşən baş qərargahının qarşısında keçirilmişdir. Koalisiyanın nümayəndələri İraqın digər bölgələrində də anım mərasimləri keçirmişlər. Tikrik şəhərində keçirilən məraimsdə Birləşmiş Ştatların bir neçə sıravi əsgərinə serjant rütbəsi verilmişdir. İraqlılar arasında sentyabrın 11-i hadisələri geniş qeyd olunmamşdır. Bə’zi iraqlılar hadisələrə biganə qaldıqlarını söyləmişlər. Digərləri isə qəzəblərini ifadə edərək bildirmişlər ki, sentyabrın 11-i hücumları İraq müharibəsinə və onların ölkəsinin işğalına gətirib çıxarmışdır.

XS
SM
MD
LG