Accessibility links

Buş: Bu, sivilizasiya və hərc-mərclik arasında mübarizədir - 2003-09-12


Prezident Bush İraqdan yenicə qayıtmış ABŞ əsgərləri qarşısında bu gün çıxış edrək deyib ki, onlar ölkəni terror hücumları təhlükəsindən qorumaq işinə kömək etmişlər. Bictimai rəy sorğuları prezidentin İraq məsələsini həll etməsinə xalq arasında etimadın azaldığını göstərir.

Bağdadı ələ keçirməkdə mühüm rol oynamış Üçüncu Quru Qüvvələr Diviziyasının əsgərlərinə xüsusi prezident təqdirini vermək üçün Prezident Bush Georgia ştatındakı hərbi bazada olmuşdur. "Həmin Azadlıq günündən bəri, Üçüncu Quru Qüvvələr Diviziyasının əsgərləri İraq xalqına illər uzunu gördükləri zülmdən azad olmaq və yeni İraq qurmaq işində kömək etmişlər." Üçüncü Quru Qüvvələr Diviziyası İraqda ən çox itkilər verən hərbi birləşməlidir. Prezident Bush, ədalətli məqsəd adlandırdığı amal uğrunda qurban gedənləri yad etdi. ABŞ prezidenti yenə də İraqı terrorizmlə mübarizədə ən əsas cəbhə adlandırdı. Prezident Bushun İraq əməliyyatları üçün Konqresdən 87 milliard dollar xahiş etdiyi bazar günü çıxışından əvvəl ictimai rəy sorğuları göstərirdi ki, Amerikalıların 54 faizi prezidentin İraq üçün düşünülmüş strategiyaya malik olmadığını düşünür. Həmin çıxışdan sonra indi bu rəqəm 60 faizə qalxıb. Hərbi bazada çıxışından sonra prezident Respublikaçı namizədlər üçün pul toplamaq məqsədi ilə Mississippi və Texas ştatlarına gedəcək. Daha sonra o, həftə sonunu Camp Daviddəki istirahət evində keçirəcək.

XS
SM
MD
LG